Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai
Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr
edilən ağacəkmə aksiyası təşkil edilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən
məlumat verilib.

Bildirilib ki, paytaxtın Qaradağ rayonunda, Salyan şossesi
boyunca keçirilən aksiyada Bakı Şəhər və Qaradağ Rayon İcra
Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin
işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.

İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız
tullantılardan təmizlənərək burada Abşeron yarımadasının
torpaq-iqlim şəraitinə uyğun ­­­500 ədəd yeni ağac əkilib.




Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin,
yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda
ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində
görülən işlərin davamıdır.

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün
suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara
qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə
tutulub.