Premyer Liqa nəhəngləri 18 yaşlı yarımmüdafiəçi ilə maraqlanır

Baş səhifə

Bakı. Trend:

“Olimpiakos”un futbolçusu Kristos Mouzakitis karyerasını
İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” yunanıstanlı
yarımmüdafiəçini transfer etmək istəyir.




“Qırmızı şeytanlar” Mouzakitisin oyununu uzun müddətdir izləyir.
18 yaşlı oyunçu ilə “Çelsi” və “Arsenal” da maraqlanır.

Qeyd edək ki, Kristos Mouzakitis “Olimpiakos”un yetirməsidir.
Yunanıstan millisinin üzvü bu mövsüm Pirey təmsilçisinin heyətində
meydana çıxdığı 16 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.