Premyer Liqa klubu 16 yaşlı futbolçu üçün 12 milyon avro ödəyəcək

Baş səhifə

Bakı. Trend:

“Aston Villa” “Mets”in 16 yaşlı hücumçusu Brayan Madjonun
transferi ilə bağlı razılığa gəlib.

Trend xəbər verir ki,
müqavilənin məbləği 12 milyon avro təşkil edəcək. Madjo ilə 5 illik
sözləşmə imzalanacaq. Futbolçunun yaxın günlərdə tibbi müayinədən
keçəcəyi gözlənilir.




Qeyd edək ki, cari Liqa 1 mövsümündə lüksemburqlu oyunçu 5
matçda iştirak edib və məhsuldar göstəricilərlə yadda qalmayıb.