Peşəkar Cövkən Liqasının Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlıq mərhələsi davam edir (FOTO/VİDEO)

Baş səhifə

Bakı.Trend:

Peşəkar Cövkən Liqasının iyunda Azərbaycanda keçiriləcək dünya
çempionatına hazırlıq mərhələsi davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Trend-ə verilən məlumata
əsasən, təlim məşq toplanışı artıq başlanılıb.

Toplanışın birinci mərhələsi 5-20 may tarixlərini əhatə
edəcək.




May ayının 20-də təlim-məşq toplanışının birinci mərhələsi
yekunlaşacaq.

Baş məşqçi 20 nəfərlik heyətdən ən güclü 10 nəfəri təsdiqləyib
onlarla dünya çempionatına hazırlaşacaq.

Azərbaycanın idman şərəfini yarışlarda məhz həmin 10 çövkən ustası
qoruyacaq.