
Bakı. Trend:
Martın 25-i və 26-da tərəfindən Abbasqulu ağa Bakıxanov
küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək,
eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən
Landau küçəsinədək olan hissələrində aparılacaq təmir işləri ilə
əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq
ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən məlumata
görə, məhdudiyyətə uyğun olaraq, Abbasqulu ağa Bakıxanov küçəsindən
keçən 3, 17 və 33 nömrəli marşrutların hərəkəti alternativ olaraq
Hənifə Ələsgərov, Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli,
Mərdanov qardaşları, Mirəsədulla Mirqasımov və Ənvər Qasımzadə
küçələri ilə təşkil ediləcək.
Hüseyn Cavid prospektindən keçən 3, 6, 10, 17, 18, 39, 53, 96 və
206 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev
küçəsi, Mətbuat prospekti, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə
küçələri ilə təşkil ediləcək.

