ABŞ və Kanada yeni ticarət razılaşmasına nail ola bilməyib

Baş səhifə

ABŞ və Kanada yeni ticarət razılaşması üzrə razılığa gələ bilməyib.

APA-Economics” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar şənbə günündən etibarən Kanada məhsullarının bir hissəsinə, o cümlədən pivə və pendirə ABŞ tərəfindən 50%-lik gömrük tariflərinin tətbiqinə başlanılmalıdır.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Kanada ABŞ-la birgə hərəkət etmək imkanını əldən verib. O qeyd edib ki, təklif olunan razılaşma Kanadaya ABŞ bazarlarına çıxış üçün təqdim edilən ən yaxşı təklif olub.

Kanadanın Baş naziri Mark Karni isə bildirib ki, ABŞ son anda danışıqlar prosesinə dəyişikliklər edib. O, bu dəyişiklikləri “ədalətsiz, iqtisadi baxımdan əsaslandırılmamış və istənilən razılaşmanın etibarlılığını şübhə altına alan” addımlar adlandırıb.

Baş nazir ABŞ-ın təzyiq göstərməsi halında Kanadanın cavab verəcəyini bildirib.

“Kanada işçilərini və kommersiya sektorunu qorumaq üçün “dollara dollar” prinsipi ilə cavab verəcək”, – Karni vurğulayıb.

O, Vaşinqtonla aparılan danışıqlarda əldə olunan hazırkı irəliləyişin Ottavanın qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün kifayət etmədiyini qeyd edib.