Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Baş səhifə

Bakı. Trend:

BMT Baş Assambleyasının 81-ci sessiyası ilə əlaqədar ABŞ-nın
Nyu-York şəhərinə səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla
görüşüb.

Nyu-Yorkdakı “Türk Evi”ndə baş tutan görüş mətbuata qapalı
keçib.

Görüşdə Türkiyə-Ermənistan əlaqələri, eləcə də regional və
qlobal məsələlər müzakirə olunub. Ərdoğan ikitərəfli ticarət və
nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiyini
bildirib, əldə olunan müsbət dinamikanın davam etdirilməsinin
vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti ölkəsinin Azərbaycan və Ermənistan arasında
sülh prosesində qarşılıqlı addımların atılmasını məmnuniyyətlə
qarşıladığını bildirib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak
edib.