Növbəti köç karvanı Məmmədbəyli kəndinə çatıb (YENİLƏNİB)

Baş səhifə

Zəngilan. Trend:

Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç prosesi
gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma
yurdlarına çatıblar.

Trend-in yerli
bürosu xəbər verir ki, Məmmədbəyli kəndi bu gün 33 ailə olmaqla,
177 nəfərə qucaq açıb. Kəndə qədəm qoyan ailələr sevinc göz yaşları
ilə doğma yurdlarına qovuşublar. Sakinlər hərtərəfli dövlət qayğısı
ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188
fərdi ev inşa edilib, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u
beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq
hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq,
qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili
yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da
inşa olunub. Köçürülən ailələrin, evlərdə məskunlaşması üçün bütün
şərait yaradılıb.

13:38

xxx

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend xəbər verir
ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər
respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.

Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 33 ailə, 177 nəfər
köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.