Bakı
Beyin silkələnməsi keçirən norveçli xizəkçi Yohannes Hosflot
Klebo ABŞ-də keçiriləcək Dünya Kuboku mərhələsində iştirak
edəcək.
Trend xəbər verir ki, bu barədə idmançı NRK agentliyinə
açıqlamasında bildirib.
“Mən başa düşürəm ki, uzun səfər və saat qurşağı
dəyişikliklərinə uyğunlaşmaq üçün vaxtımın olmaması səbəbindən
hazırlığım ideal olmayacaq. Amma ABŞ-da keçiriləcək Dünya Kubokunun
son mərhələsində iştirak etmək istəyirəm”, – deyə Klebo qeyd
edib.
Mərhələ martın 20-dən 22-dək Leyk Plesid şəhərində
keçiriləcək.

