Netanyahu Qəzzaya dərhal güclü zərbələr endirməyi əmr edib

Baş səhifə

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağına
genişmiqyaslı zərbə endirilməsi barədə əmr verib.

Trend-in məlumatına görə, bu barədə İsrail Baş nazirinin mətbuat
xidməti bildirib.




“Təhlükəsizlik məsələri üzrə məsləhətləşmələrin başa çatmasından
sonra Baş nazir hərbi rəhbərliyə dərhal Qəzza zolağına güclü
zərbələr endirməyi əmr edib”, – deyə bildirilib.

İsrail televiziyasının 12-ci kanalının məlumatına əsasən, Baş
nazir bu qərarı təhlükəsizlik qüvvələri ilə görüş zamanı HƏMAS
hərəkatının silahlılarının Qəzza zolağının cənubundakı Rəfah
bölgəsində İsrail əsgərlərinə atəş açaraq atəşkəsi pozduqdan sonra
verib.