“Neftçi” vacib qələbə qazanıb -Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXVII turun daha bir oyunu
keçirilib.

Trend-in
məlumatına görə, günün son görüşündə “Neftçi” öz meydanında
“Araz-Naxçıvan”ı qəbul edib. “Palms Sports Arena” stadionunda
keçirilən oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə
yekunlaşıb.

Bu nəticədən sonra “Neftçi” 43 xalla beşinci, “Araz-Naxçıvan”
isə 39 xalla altıncı pillədə yer alıb.




Daha əvvəl “Sabah” – “Zirə” (2:2) və “Şamaxı” – “Qarabağ” (0:0)
matçlarında heç-heçə qeydə alınıb.

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış
matçında “Karvan-Yevlax” “Kəpəz”i 4:1 hesabı ilə üstələyib.