Naxçıvanda 62 yaşlı kişi işdə ürəktutmasından ölüb

Cəmiyyət


Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 62 yaşlı əməkdaşı işdə vəfat edib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün idarədə qeydə alınıb.

Belə ki, Naxçıvan şəhər Qaraçuq kənd sakini, 1961-ci il təvəllüdlü Mirismayil Miryusif oğlu Seyidov işdə qəfildən ölüb. Onun ölümünə səbəb ürəktutması olub. İlkin məlumata görə, M.Seyidov uzun zaman ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az