Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsi arasındakı nəqliyyat əlaqələrinə investisiya qoyuluşu bütün region üçün vacibdir – Almaniya səfiri

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsi
arasındakı nəqliyyat əlaqələrinə investisiya qoyuluşu bütün region
üçün vacibdir.

Trend xəbər verir
ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Maliyyə
kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın
Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransı
çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“O Azərbaycanda Naxçıvana investisiyaların artırılması nəzərdə
tutulur. Orada çatışmayan bir nəqliyyat əlaqəsi var ki, onu bərpa
etmək və ya yenidən qurmaq lazımdır, çünki əvvəllər mövcud olub,
amma indi fəaliyyət göstərmir. Bu yalnız 42 kilometr məsafədir və
coğrafi baxımdan çox kiçik görünür,” – deyə o bildirib.

Səfir vurğulayıb ki, bu çatışmayan seqmentə investisiya qoyuluşu
yalnız Azərbaycan və ya Ermənistan üçün deyil, bütün region
ölkələri üçün son dərəcə vacibdir.

“Bu, Mərkəzi Asiya ölkələri üçün olduğu qədər, marşrut boyunca
yerləşən Türkiyə üçün də önəmlidir. Həmçinin marşrutun iki son
nöqtəsi – Şərqi Asiya və Avropa üçün də,” – deyə Horlemann əlavə
edib.