Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat

Baş səhifə

Bakı. Trend:

Almaniyada anti-Azərbaycan şəbəkəsinin növbəti aksiyası fiaskoya
uğrayıb. Guya “Azərbaycandakı məsələlərə”, xüsusilə vahid məktəbli
geyim formasına etiraz məqsədli bu azsaylı aksiya xarici xüsusi
xidmət orqanlarının, xüsusilə İran şəbəkəsinin növbəti açıq
təxribatını nümayış etdirib.

Aksiyadan yayılan videolarda aksiyanın təşkilatçıları və
iştirakçılarının mütləq əksəriyyətinin Azərbaycan deyil, xarici
ölkə vətəndaşları və xarici xüsusi xidmət orqanları ilə sıx
əməkdaşlıq edən şəxslərdən ibarət olduğu aşkar görünür. Kadrlarda
görünən İran İslam Respublikasının dövlət bayraqları, eləcə də
İranın dini rəhbərlərinin portretləri bu tədbirin ideoloji mərkəzi
və sifarişçisi barədə aydın təsəvvür yaradır.

Fonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilsə də,
qaldırılan İran bayraqları və iştirakçıların tərkibi bu aksiyanın
Azərbaycanla heç bir əlaqəsinin olmadığını göstərir. İran
bayraqlarının kölgəsində Azərbaycan himninin səsləndirilməsi həm də
aksiya təşkilatçılarının aşkar siyasi manipulyasiyası və dövlət
rəmzlərimizə aşkar hörmətsizliyidir.

Aksiyada iştirak edənlərin sayca çox az olması və onların mütləq
çoğunluğunun xarici ölkə təmsilçilərindən ibarət olması bu təxribat
cəhdinin iflasa uğradığını və Avropadakı anti-Azərbaycan
şəbəkəsinin əsl üzünü bir daha ortaya qoyur. Xarici təsir
agentlərinin Almaniyada təşkil etdiyi “şoudan görüntüləri təqdim
edirik.