Bakı. Trend:
“Latsio” İtaliya çempionatının VII turunda səfərdə “Yuventus”u
3:0 hesabı ilə darmadağın edib.
Qolları Oliver Provstqor (37-ci dəqiqə), Qustav İsaksen (66) və
Fisayo Dele-Başiru (89) vurublar. Diskvalifikasiya səbəbindən
“Yuventus”un baş məşqçisi Luçano Spaletti görüşü buraxıb.
“Latsio” xallarının sayını 19-a çatdıraraq İtaliya çempionatının
turnir cədvəlinə liderlik edən “İnter”lə xallarını bərabərləşdirib.
“Yuventus” isə 11 xalla 8-ci pillədə qərarlaşıb.
Növbəti turda “Latsio” oktyabrın 24-də “Parma”nı qəbul edəcək.
“Yuventus” isə bir gün sonra səfərdə “Leççe” ilə qarşılaşacaq.

