Monteneqroda U-15 Boks üzrə Avropa çempionatına start verilib

Baş səhifə

Bakı. Trend:

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı
başlayıb.

Trend xəbər verir
ki, yarışın ilk günündə Azərbaycan millisinin üç idmançısı qələbə
qazanıb.

Elcan Musazadə (50 kq) 1/16 finalda Litva təmsilçisi Devidas
Sisikini 5:0 (30:24, 30:26, 30:26, 30:25, 30:26) hesabı ilə məğlub
edib. Musazadə növbəti döyüşdə Gürcüstan idmançısı Vladimir
Xvistani ilə qarşılaşacaq.




Nəsrin Abdullazadə (40 kq) 1/8 finalda Macarıstan təmsilçisi
Ester Moloşanı 3:2 (29:28, 29:28, 30:27, 28:29, 28:29) hesabı ilə
məğlub edib. Abdullazadə 1/4 finalda Türkiyə boksçusu Esila
Yıldırımla üz-üzə gələcək.

Leyla Mahmudlu (50 kq) 1/8 finalda İtaliya təmsilçisi Aleksandra
Sinaqraya 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28) hesabı ilə qalib
gəlib. O, ikinci görüşünü İspaniya boksçusu Adriana Munos Qinesə
qarşı keçirəcək.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı Avropa
çempionatı oktyabrın 25-də yekunlaşacaq.