
Almaniyanın Saksoniya əyalətindəki Vunstorfda yerləşən Bundesver aviabazasından təxminən bir kilometr aralıda pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
“Bild”ın məlumatına görə, hazırda polis tərəfindən genişmiqyaslı axtarış əməliyyatı həyata keçirilir. PUA-nın əlavə hissələrinin axtarışı aparılır.
Dronun kimə məxsus olduğu və ya hansı istiqamətdən gəldiyi hələlik məlum deyil.

