
Bakı. Trend:
Azərbaycanın neft bitumu ixracından əldə etdiyi gəlirlər
yanvar-avqust aylarında 3,3 dəfə artıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı
ilin yanvar-avqust aylarında Azərbaycandan 3,738 milyon ABŞ dolları
dəyərində 12,310 min ton neft bitumu ixrac edilib.
Komitənin məlumatları əsasında Trend-in hesablamalarına görə, bu göstərici
dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,616
milyon ABŞ dolları və ya 3,3 dəfə çox, həcm ifadəsində isə 8,019
min ton və ya 2,9 dəfə çoxdur.
Qeyd olunur ki, hesabat dövründə neft bitumu ixracı Azərbaycanın
ümumi ixracının 0,02 faizini təşkil edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında
agentliyin hesablamalarına görə, yanvar-avqust aylarında
Azərbaycandan 9,282 milyard ABŞ dolları dəyərində 14,678 milyon ton
xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac
edilib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 886
milyon ABŞ dolları və ya 10,6 faiz çoxdur, natural ifadədə isə
göstərici 1,247 milyon ton və ya 7,8 faiz azalıb.
Qeyd edək ki, komitənin məlumatına görə, 2026-cı ilin
yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 33
milyard 238 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları
həyata keçirib.
Vurğulanır ki, hesabat dövründə Azərbaycanın xarici ticarət
dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 120 milyon
ABŞ dolları və ya 3,49 faiz artıb.

