Avropa İttifaqının (Aİ) vahid və koordinasiyalı mövqeyi həm Ukrayna, həm də Avropa üçün sülh danışıqlarının yaxşı nəticə verməsini təmin edən əsas vasitədir.
“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antoniu Koşta Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığını şərh edərkən “X” hesabında yazıb.
“Aİ liderlərinin Ukrayna ilə bağlı bu gün keçiriləcək qeyri-rəsmi görüşündən əvvəl Prezident Volodimir Zelenski ilə danışdım. Avropa İttifaqının vahid və koordinasiyalı mövqeyi həm Ukrayna, həm də Avropa üçün sülh danışıqlarının yaxşı nəticə verməsində əsas vasitədir”, – o bildirib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

