İranda son bir ayda azı 142 nəfər edam edilib – FOTO

Dünya


Ötən ay İran həbsxanalarında azı 142 nəfər dar ağacından asılıb.

Bu barədə “Azad İran” “ Telegram” kanalı İran İnsan Haqları Təşkilatına istinadla xəbər verib. 

Bildirilir ki, bu, 2015-ci ildən bəri ən yüksək aylıq edam statistikasıdır. 

Təşkilatın verdiyi məlumata əsasən, 2023-cü ilin ilk 5 ayında edamların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.

 

www.RESMIXEBER.az