
Fransa Konstitusiya Şurası sosial şəbəkələrin yaşı 15-dən aşağı olanlar üçün qadağan olunmasının əleyhinə qərar verib.
“Le Monde” qəzetinin xəbərinə görə, Şura sözügedən qadağanın 15 yaşdan aşağı uşaqların ifadə azadlığını pozduğunu əsas gətirib.
Bildirilib ki, azyaşlıları sosial şəbəkələrin risklərindən qorumaq məqsədilə iyul ayında qəbul edilən qanun “qeyri-münasib, lazımsız və qeyri-mütənasib” hesab olunur.
Fransa Prezidenti Emmanuel Makron isə Baş nazir Sebastyan Lekornyuya ən qısa müddət ərzində qadağa ilə bağlı qanuni cəhətdən əsaslı və möhkəm layihə hazırlamağı tapşırıb.
Makronun ofisi prezidentin bu qadağanın 2027-ci ilin yaz aylarına qədər təsdiqlənməsi ilə bağlı qətiyyətli olduğunu vurğulayıb.
Qeyd edək ki, Avropanın bir neçə ölkəsində azyaşlıların sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyulub.

