İran potensial nəticələrin fərqindədir və ABŞ ilə razılaşma əldə etmək istəyir – Tramp

Baş səhifə

Bakı. Trend:

İran hakimiyyəti mümkün nəticələrin fərqindədir və ABŞ ilə
razılaşma əldə etmək istəyir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
bildirib.




Floridadan Vaşinqtona uçuş zamanı onun təyyarəsindəki
jurnalistlər dövlət başçısından İranla fevralın 17-də Cenevrədə
keçirilməsi planlaşdırılan danışıqlardan nə gözlədiyini
soruşublar.

“Düşünmürəm ki, onlar razılaşmanın olmamasının nəticələrini
istəyirlər. Onlar razılaşma əldə etmək istəyirlər”, – deyə o qeyd
edib.