İmtahanlardan keçən taksi sürücülərinin sayı ilə bağlı DİM-dən AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri üçün imtahan
keçirilməyə başlanan vaxtdan bu günə kimi 23932 nəfər imtahanda
iştirak edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan
Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən sürücülərdə 21750 nəfəri
uğur qazanıb:




“İmtahanda uğur qazanan sürücülərə şəhadətnamələr təqdim
edilib”.

Qeyd edək ki, ötən ilin avqust ayından başlayaraq taksi
sürücülərinin qiymətlədirilməsi üçün Dövlət İmtahan Mərkəzi
tərəfindən imtahanlar keçirilir. İmtahanı müvəffəqiyyətlə vermiş
namizədlər 7 il müddətində etibarlı olan şəhadətnamə əldə edir.