Bakı. Trend:
Haiti Milli Polisi Karib ölkənin şimalındakı qədim Laferyer
qalası yaxınlığında baş verən izdihamda 25 nəfərin öldüyünü
bildirib.
Trend-in məlumatına görə, bu barədə Haiti polisi xəbər
verib.
Məlumata əsasən, hadisə nəticəsində daha 30 nəfər yaralanıb, 12
nəfər hadisə yerində ölüb, daha 13 nəfər isə aldığı xəsarətlərdən
xəstəxanada ölüb.
Xilasetmə əməliyyatı bazar günü UNESCO-nun Dünya İrsi Siyahısına
daxil edilmiş və Karib dənizindəki ən böyük tarixi abidələrdən biri
hesab edilən qalanın divarları yaxınlığında davam edir.

