Bakı. Trend:
Fransanın Doleron adasında kişi sürücü qəsdən avtomobili
piyadaların və velosipedçilərin üzərinə sürüb. Hadisə nəticəsində
azı 10 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdən ikisi
reanimasiyada ağır vəziyyətdədir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, sürücü sonradan hadisə yerində
saxlanılıb.
“Tutularkən həmin şəxs “Allahu Əkbər” deyə qışqırıb. Lakin motiv
hələlik təsdiqlənməyib və istintaq bu məsələni müəyyən etməlidir”,-
deyə yerli prokuror “Le Figaro”ya açıqlamasında bildirib.
Şübhəli 35 yaşlı kişidir. O, Dolerondan 4 kilometr aralıda
yerləşən kiçik balıqçı kəndində yaşayır.
Fransa mediasının məlumatına görə, o, avtomobilindəki bir neçə
qaz balonu ilə maşını yandırmağa cəhd edib.

