ABŞ Konqresindəki Demokratlar və Respublikaçılar federal hökumətin işini dayandırmasının (şatdaun) qarşısını almaq üçün tədbirlər haqqında razılığa gələ bilməyiblər.
“Report”un məlumatına görə, bu barədə Nümayəndələr Palatasının üzvləri Ağ Evdə Prezident Donald Trampla görüşdən sonra jurnalistlərə bildiriblər.
“Bizim çox ciddi fikir ayrılıqlarımız var”, – Senatda azlıqların lideri Çak Şumer (Nyu-York ştatından) deyib. O izah etdi ki, bu, səhiyyə xərclərinə, həmçinin Vaşinqton administrasiyası tərəfindən əvvəllər ləğv edilmiş bir sıra sahələrə vəsait ayırmalarına aiddir.
“Onlar şatdaun istəyib-istəməmələri respublikaçıların işidir. Biz Prezidentə bəzi təkliflər təqdim etmişik. Respublikaçı liderlər onları müzakirə etməli olacaqlar. Əgər o, xahiş etdiyimiz bəzi şeyləri qəbul etsə, şatdaundan qaça bilər. Amma hələ də ciddi fikir ayrılıqlarımız var”, – Şumer Trampa xitab edərək deyib.
Nümayəndələr Palatasında azlıqların lideri Hakim Cefris də oxşar bəyanatla çıxış edib.
Nümayəndələr Palatasının spikeri Mayk Conson (Luiziana ştatından respublikaçı) respublikaçıların demokratların təkliflərini tam şəkildə qəbul etmək niyyətində olmadığını vurğulayıb.
“Əgər demokratlar hökumətin işini dayandırmaq qərarına gəlsələr, onda buna görə məsuliyyət daşıyırlar. Məncə, bu, çox faciəvidir”, – o əlavə edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

