Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda güclü partlayış baş verib.
“Report”un Rusiya mediasına istinadən məlumatına görə, hadisə nəticəsində dörd nəfər həlak olub.
“Kopeysk şəhərindəki müəssisələrdən birində partlayış baş verib”, – vilayət qubernatoru Aleksey Teksler öz “Telegram” kanalında yazıb.
Hadisə yerinə operativ əməliyyat qrupu cəlb olunub, qərargahın işi təşkil edilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

