Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin
yanvar-sentyabr aylarında əlilliyi olan 103 min şəxsi reabilitasiya
xidmətləri ilə təmin edib.
Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, onlardan 57,3 mininə ambulator, 24,2 mininə
stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada,
sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya
xidmətləri göstərilib.
Son illər Agentliyin reabilitasiya müəssisələrində ənənəvi
üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya
metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs
terapiyası, hippoterapiya və s.) də tətbiq edilir.
Habelə əlilliyi olan şəxslərə stasionar və ambulator xidmətlərlə
yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da
reabilitasiya xidmətləri göstərilir.

