Azərbaycanın iqtisadi artım proqnozları açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda iqtisadi artımın (ÜDM) bu il 1,1 faiz,
qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının 3,2 faiz olacağını
proqnozlaşdırırıq.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən
mətbuat konfransında bildirib.




“2027-ci ildə isə iqtisadi artımın 1,1 və qeyri-neft-qaz sektoru
üzrə 4,7 faiz təşkil edəcəyini proqnozlaşdırırıq”, – sədr
vurğulayıb.