Azərbaycandan Portuqaliyaya neft ixracı artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda Portuqaliyaya
385,1 milyon ABŞ dolları dəyərində 714,3 min ton bitum süxurlardan
əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə Trend
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.




Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 52,5 milyon dollar və ya 12 faiz az,
həcm baxımından isə 22,9 min ton və ya 3,3 faiz çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan
20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində, ümumilikdə 16,996
milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları
ixrac olunub.