Azərbaycanda tekstil və geyim istehsalı kəskin artım nümayiş etdirir

Baş səhifə
Azərbaycanda tekstil və geyim istehsalı kəskin artım nümayiş etdirir

Tekstil və geyim üzrə daxili istehsalda partlayış xarakterli artım müşahidə olunur.

“Report” xəbər verir ki, bunu SİAR Araşdırma və Konsaltinq qrupunun partnyoru Əşrəf Hacıyev Bakıda “Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyasının Təşviqi” adlı seminarda deyib.

Onun sözlərinə görə, güclü istehsal tempi sənayenin potensialını və imkanlarını nümayiş etdirir: “Bu ilin yanvar–aprel aylarında tekstil istehsalı 18,7 %, geyim istehsalı 42,8 % artıb”.