
Bakı. Trend:
Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması
çərçivəsində şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının
verilməsi və dəyişdirilməsi ilə bağlı yeni mərhələ
müəyyənləşdirilib.
Trend-in əldə
etdiyi məlumata görə, sözügedən xidmətlərin Elektron Hökumət
İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçirilməsi
planlaşdırılır.
Belə ki, Daxili İşlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi ilə birlikdə iyunun 1-dək xidmətlərin
rəqəmsallaşdırılmasının mümkün mərhələlərini müəyyən etməli, bu
istiqamətdə konseptual sənəd hazırlayaraq aidiyyəti üzrə təqdim
etməlidir.
Həmçinin, iyulun 1-dək qeyd olunan xidmətlərin konseptual sənədə
uyğun şəkildə rəqəmsallaşdırılması təmin olunacaq.
Bundan əlavə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili
İşlər Nazirliyi ilə birlikdə sentyabrın 15-dək xidmətlərin “mygov”
platforması üzərindən istifadəyə verilməsini təmin etməlidir.

