Azərbaycan və Qazaxıstan dəmir istehsalı üzrə birgə müəssisə yaradacaq

Baş səhifə

Bakı. Trend:

“Daşkəsən Dəmir Filizi” MMC ilə Qazaxıstanın “Fonte GreenMet
Investments Fund OEIC Limited” şirkəti arasında “Yüksək Dəmir
Tərkibli İsti Briketləşdirilmiş Dəmir” (HBI) istehsalı üzrə Birgə
Müəssisənin yaradılması haqqında saziş imzalanıb.

Trend xəbər verir
ki, bu, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunun ikinci günü çərçivəsində baş tutub.




Sənədə “Daşkəsən Dəmir Filizi” MMC-nin direktoru Ceyhun Əliyev
və Fonte GreenMet Investments Fund-un baş icraçı direktoru Yerjan
Mussin imza atıblar.

Layihə Azərbaycanın metallurgiya sənayesinin inkişafına, dəmir
filizi resurslarının səmərəli istifadəsinə və yüksək əlavə dəyərli
məhsul istehsalının artırılmasına töhfə verəcək.