Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın formalaşması vacibdir – Xaçaturyan

Baş səhifə

Bakı. Trend:

Ermənistan və Azərbaycan arasında sülhün yekunlaşması üçün
Azərbaycan-Ermənistan qarşılıqlı etimad atmosferinin formalaşması
son dərəcə vacibdir.

Trend erməni KİV-ə
istinadən xəbər verir ki, bunu Ermənistanın prezidenti Vaaqn
Xaçaturyan bildirib.

“Sülh yalnız iki ölkə və xalqlar arasında qarşılıqlı etimadın
bərpa olunmasından sonra gələcək: bu, zaman məsələsidir. Biz
həqiqətən belə bir vəziyyətin əldə olunması üçün siyasi proses və
hüquqi formulaları təmin etməliyik”, – deyə Vaaqn Xaçaturyan qeyd
edib.

Onun sözlərinə görə, iki tərəfli hüquqi proses artıq formalaşıb,
çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini
tanıyıb.