Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf
perspektivlərini müzakirə edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı Ekspo Mərkəzində baş tutan “ADEX 2026” 6-cı
Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində bir sıra
görüşlər keçirilib.




Müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak
etmək məqsədilə ölkəmizdə səfərdə olan Belarus Dövlət Müdafiə
Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan ilə Belarus arasında hərbi,
hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, yeni
nəsil texnologiyaların tətbiqi imkanları, müvafiq sahədə təcrübə
mübadiləsi və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə
ediblər.