
Bakı. Trend:
Cari ilin avqust ayında Real Vaxt Rejimində Hesablaşmalar
sistemində həyata keçirilmiş maliyə əməliyyatlarının həcmi məbləğ
baxımından 68,3 milyard manatı ötüb, kəmiyyət baxımından isə 360,9
min ədəd olub.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni ayı ilə müqayisədə sistemdə
həyata keçirilmiş maliyyə əməliyyatlarının həcmi məbləğ baxımından
13,9 milyard manat və 25,6 faiz, kəmiyyət baxımından isə 71,5 min
ədəd 24,7 faiz artıb.
2024-cü ilin avqust ayında AZIPS vasitəsilə ölkədə həyata
keçirilmiş maliyyə əməliyyatlarının ümumi həcmi 54,4 milyard manatı
ötüb, kəmiyyət baxımından isə 289,4 min ədəd olub.

