Bakı.Trend:
Arbitraj eyni zamanda siyasiləşdirilə bilər. Müəyyən üstünlük
əldə etmək üçün istifadə edilə bilər. Arbitraj da təhdidlərə məruz
qalır.
Trend xəbər
verir ki, bu fikirləri bu fikirləri Avropa İttifaqı Şurasının sabiq
prezidenti Şarl Mişel Bakı Arbitraj Mərkəzinin açılış mərasimindəki
çıxışı zamanı deyib.
O bildirib ki, arbitraj geosiyasi mübahisələrin alətinə
çevrilməməlidir:
“Ən mübahisəli anlarda belə ədalət siyasətin aləti olmamalıdır.
Arbitraj beynəlxalq hüququn işləməsinin nümunəsidir. Siyasət
qapıları bağladıqda huquq və qanunlar bu qapıları açır”.
Şarl Mişel vurğulayıb ki, həddən artıq biz arbitrajın
əhəmiyyətini şişirtməməliyik:
“Beynəlxalq səviyyəli mübahisələrin həllinə o qədər də töhfə
verə bilmir”.

