Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə BP arasında Əməkdaşlıq Sazişi imzalanıb.
“Report” ADDA-ya istinadən xəbər verir ki, sazişi ADDA-nın rektoru vəzifəsi üzrə əmək funksiyalarının icrasını müvəqqəti icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayev və BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.
Potensial birgə layihələrin həyata keçirilməsi üçün əsas prinsipləri müəyyənləşdirən bu sazişin məqsədi Akademiyanın yüksək ixtisaslı dənizçi kadrlar hazırlamaq potensialını və təhsil-sənaye əməkdaşlığını dəstəkləməkdir.
Sənədin imzalanması tədbirində ADDA ilə BP şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarşılıqlı anlaşma şəraitində keçən tədbirdən sonra qonaqlar Akademiya ilə tanış olublar.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

