Bakı. Trend:
ABŞ-nin Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün
hazırladığı sülh planı yaxın günlərdə İsveçrədə müzakirə
olunacaq.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və
Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib.
Umerov sosial şəbəkədə yazdığı açıqlamasında qeyd edib ki, plan
Ukrayna və ABŞ rəsmiləri tərəfindən nəzərdən keçiriləcək.
O əlavə edib ki, gələcək görüşlərdə Ukrayna heyəti ABŞ
nümayəndələri ilə sülh planının mümkün parametrlərini müzakirə
edəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası
tərəfindən hazırlanmış 28 maddəlik sülh planı artıq Kiyevə təqdim
olunub.

