Dueyn Conson “Forsaj”a görə verdiyi sözü geri götürdü – FOTO

DIN


Məşhur aktyor Dueyn Conson “Forsaj -10” filmində xüsusi agent Luk Hobbs rolunu təkrar canlandıracaq. 

Bildirilir ki, Conson titrlərdən sonrakı səhnədə görünəcək.

Həmçinin, aktyorun özü “Moviemaniacs”a verdiyi müsahibədə qayıdışla bağlı məlumatı təsdiqləyib. 

“Bu, həmişə planın bir hissəsi olub. Çünki ümumi mənzərəyə baxsanız, Hobbs və Dominik arasında yarımçıq iş var idi”, – deyə Conson bildirib.

Qeyd edək ki, aktyor daha əvvəl Vin Dizelin xahişlərinə baxmayaraq, franşizaya qayıtmayacağına zəmanət vermişdi.

 Conson “Forsaj-8”-ə çəkildikdən sonra həmkarlarından birini qeyri-peşəkarlıqda və “kişiyə yaraşmayan hərəkətdə” ittiham edib.

KİV-də söhbətin Vin Dizeldən getdiyi ehtimalı yer almışdı.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir