Laçında çoban minaya düşdü – YENİLƏNİB

Cəmiyyət


Bu gün Laçın rayonu Sus kəndi ərazisində öküz oturan zaman çoban minaya düşüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, minaya düşən 2001-ci il təvəllüdlü Ramil Əzizovun sağ ayağının daban hissəsi amputasiya edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

14:56

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb.

O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az