Paşinyanın partiyası deputatı sıralarından xaric etməyə hazırlaşır

Baş səhifə

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının nəzarət komissiyası deputat Ayk Sarkisyanın partiyadan xaric edilməsini təklif edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı mənbələrinə istinadən məlumat yayıb. İddiaya görə, məsələ yaxın günlərdə partiyanın idarə heyətində müzakirə olunacaq.

Müzakirənin hələ keçirilməməsi Baş nazir Nikol Paşinyanın ölkə xaricində olması ilə izah edilir.

Məlumata əsasən, nəzarət komissiyası Sarkisyanın xaric edilməsi təklifi ilə idarə heyətinə müraciət edib. Onun partiyadan çıxarılması barədə yekun qərar hələ verilməyib.