
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald
Tramp telefon danışığı zamanı Nyu-Yorkda görüşmək barədə razılığa
gəliblər.
Bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat
verib.
Ukrayna lideri bildirib ki, Tramp ilə telefon danışığı zamanı
bir sıra mühüm məsələləri müzakirə etmək imkanı olub. Onun
sözlərinə görə, tərəflər Nyu-Yorkda görüş keçirmək barədə razılığa
gəliblər.
Zelenski qeyd edib ki, qarşıdakı görüş “çox şeyi dəyişə
bilər”.
Qeyd edək ki, sentyabrın 22-də Nyu-Yorkda BMT Baş
Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsinə start
veriləcək.

