Tramp İranla müharibədə dönüş nöqtəsinin başlandığını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ İranla müharibədə dönüş nöqtəsinə yaxınlaşıb və o, bununla
bağlı mühüm qərarını tezliklə açıqlamaq niyyətindədir.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Axios” portalına
müsahibəsində deyib.




ABŞ prezidenti bildirib ki, Birləşmiş Ştatlar “İranla müharibədə
dönüş nöqtəsinə yaxınlaşır və münaqişəyə son qoymaq məqsədilə
kütləvi zərbələrin bərpa edilib-edilməyəcəyinə qərar
verilməlidir”.

“Qarşıda mühüm qərar verməliyəm. Onlara müdaxilə edib məhv etmək
istəyirəm, yoxsa yox? Bu, mühüm qərardır. Mənim başıma hər şey gələ
bilər”, – deyə Tramp bildirib.