Yanvar-avqust aylarında Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında ADY-nin Bakı
Limanında 5,5 milyon tondan çox yük aşırılıb.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə
müqayisədə təqribən 3 faiz çoxdur.




Analoji dövrdə 85 min TEU-dan çox konteyner aşırılıb
ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz
üstələyib.

2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min
TEU təşkil edib ki, bu da ötən ilin avqustu ilə müqayisədə 39 faiz
çoxdur.