
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda külək elektrik
stansiyalarında (KES) 726,7 milyon kVt-saat elektrik enerjisi
istehsal edilib.
Trend-in
Dövlət Statistika Komitəsinin məlumaıtna əsasən hesablamasına görə,
bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 693,3
milyon kVt-saat və ya 21,8 dəfə çoxdur.
Eyni zamanda hesabat dövründə ölkədə günəş elektrik
stansiyalarında 446,2 milyon kVt-saat elektrik enerjisi istehsal
edilib ki, bu da 2025-ci ilin ilk səkkiz ayındakı göstərici ilə
müqayisədə 38,3 milyon kVt-saat və yaxud 9,4% artım deməkdir.
Bundan başqa, bu ilin ilk səkkiz ayında ölkədə istilik elektrik
stansiyalarında (İES) 13,550 milyard kVt-saat elektrik enerjisi
istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,460
milyard kVt-saat və ya 9,7% azdır.
Hesabat dövründə Azərbaycanda su elektrik stansiyalarında (SES)
2,499 milyard kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da
illik müqayisədə 242 milyon kVt-saat və ya 10,7% artım
deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin
yanvar-avqust aylarında 2 milyard 373,3 milyon manat dəyərində
məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş
məhsulların həcmi 448,5 milyon manat təşkil edib.
Dövlət Gömrük Komitəsinin son məlumatına əsasən isə, bu ilin
yanvar-avqust aylarında Azərbaycanda 16,629 milyon ABŞ dolları
dəyərində 319,040 milyon kilovat-saat elektrik enerjisi ixrac
edilib.
Trend-in
komitənin məlumatları əsasında hesablamasına əsasən, ötən ilin eyni
dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı dəyər ifadəsində
36,105 milyon ABŞ dolları və ya 3,2 dəfə, həcm ifadəsində isə
600,885 milyon kilovat-saat və ya 2,9 dəfə azalıb.
Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektoru
ixracındakı payı 0,26 faiz təşkil edib.

