
Bakı.Trend:
Londonun şərqində məscidlərin üzərinə ayrı-seçkilik xarakterli
qrafitilər çəkən şəxs saxlanılıb.
TASS-ın məlumatına görə, bu barədə “Scotland Yard”ın yaydığı
açıqlamada bildirilib.
Qeyd olunub ki, Britaniya paytaxtının şərqində yaşayan 21 yaşlı
İlya Bılıka qarşı “irqi və dini nifrət zəminində əmlaka qəsdən
zərər vurma” ilə bağlı beş epizod üzrə ittiham irəli sürülüb.
Hadisələrin 2025-ci il yanvarın 23-dən 25-dək baş verdiyi
ehtimal olunur. Bildirilib ki, Bılık məscidlərin və mədrəsələrin
binalarının üzərinə qrafitilər çəkib. O, sentyabrın 17-də məhkəmə
qarşısına çıxarılacaq.
“Biz başa düşürük ki, bu hadisələr ötən il Şərqi Londondakı
müsəlman icmasında ciddi narahatlıq yaradıb”, – deyə polis
nümayəndəsi Rona Hant bildirib.
O əlavə edib ki, “Londonda müsəlmanlara qarşı nifrət zəminində
törədilən cinayətlərə və islamofobiyaya yer yoxdur”.

