
Bakı. Trend:
ABŞ-nin Ohayo ştatında “Old West End” festivalının yaxınlığında
atışma baş verib, nəticədə bir neçə nəfər xəstəxanaya
yerləşdirilib.
Trend-in
məlumatına görə, bu barədə yerli polis xəbər verib.
“Təxminən saat 17:37-də Tolido polisi Delaver–avenyu və
Qlenvud-avenyu ərazisində, “Old West End” Festivalının yaxınlığında
bir nəfərin güllə yarası alması üzrə cağırışa gəlib. Hadisə yerinə
çatdıqdan sonra polis bir neçə atışma qurbanı aşkar edib.
Yaralıların çoxu yaxınlıqdakı tibb müəssisələrinə aparılıb”, – deyə
polis bildirib.
Polis “bir və ya daha çox şübhəli şəxsin” axtarışını aparır.
Yaralıların sayı, onların vəziyyəti və ya hadisənin səbəbi barədə
məlumat hələlik açıqlanmayıb.

