“Caribbean Princess” kruiz gəmisində 100-dən çox insan norovirusa yoluxub

Baş səhifə

Bakı. Trend:

Bir həftə əvvəl Florida limanından yola düşən “Caribbean
Princess” kruiz gəmisində 100-dən çox insan norovirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri ABŞ
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə (CDC) istinadən
xəbər veribş

Gəminin 11 mayda Floridaya qayıtması gözlənilir. Hazırda gəmi
Dominikan Respublikası sahillərində yerləşir.




“CDC”-dən bildirilib ki, 102 sərnişin və 13 heyət üzvü virusa
yoluxub. Gəmidə gücləndirilmiş sanitar tədbirlər tətbiq edilib və
yoluxanlar kabinələrində təcrid olunublar.

Qeyd edilib ki, yeni müəyyən edilmiş norovirus ştammı insandan
insana, eləcə də çirklənmiş qida, su və səthlər vasitəsilə sürətlə
yayılır. Ən çox müşahidə edilən simptomlar qarın ağrısı, baş ağrısı
və qızdırmadır.