Bakı. Trend:
“Şalke” klubu 3 illik fasilədən sonra Almaniyanın əsas
Bundesliqasına vəsiqə qazanıb.
Trend-in
məlumatına görə, Gelzenkirxen təmsilçisi bunu 2-ci Bundesliqanın
XXXII turunda evdə “Fortuna”ya 1:0 hesabı ilə qalib gəlməklə
reallaşdırıb. Görüşdə yeganə qolu 15-ci dəqiqədə Türkiyə millisinin
hücumçusu Kənan Karaman vurub.
Bu nəticədən sonra xallarını 67-yə çatdıran “Şalke” mövsümün
başa çatmasına 2 tur qalmış həm çempionluğu, həm də Bundesliqaya
vəsiqəni təmin edib.

